2020-ci ilədək dünya əhalisinin yarısı internetdən istifadə edə biləcək
“PwC” konsaltinq agentliyi analitik tədqiqat dərc edərək 2020-ci ilədək planet əhalisinin sayının 7,4 milyard nəfər təşkil edəcəyini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, bu rəqəmin 3,84 milyardı smartfon və planşetlər vasitəsilə mobil internet xidmətlərinin aktiv istifadəçisi olacaq. Bu isə nisbi rəqəmlərdə o deməkdir ki, Yer kürəsi əhalisinin 52 faizi və ya yarısından çoxu internetə çıxış imkanı əldə edəcək. Həmçinin “PwC” mütəxəssisləri qeyd edirlər ki, mobil trafikin 82 faizi videoya baxışa sərf olunacaq, internet istifadəçilərinin 92 faizi ABŞ-dan kənarda yaşayacaq.
Bildirilir ki, 2020-ci il müxtəlif proqnozlar üçün vacib psixoloji hədd və populyar tarixdir. Belə ki, bu ilin əvvəlində “Cisco” şirkəti 2020-ci ilədək dünyada smartfon sahiblərinin sayının daimi elektrik enerjisi istifadəçilərinin sayını üstələyəcəyini bildirib. Ötən il isə “Ericsson” şirkəti bəyan edib ki, 2020-ci ildə planet əhalisinin 70 faizi smartfon sahibi olacaq. Bundan başqa, iki il əvvəl “GSMA” şirkəti qeyd olunan tarixədək Yer kürəsi əhalisinin yarısının internet istifadəçisi olacağını proqnozlaşdırıb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL