waplog

Məlumatlar işığın köməyi ilə rekord sürətdə ötürülüb


Səudiyyə Ərəbistanında Kral Abdullah adına Universitetin mütəxəssisləri tərəfindən keçirilmiş sınaq zamanı görünən işığın köməyi ilə informasiyanı rekord sürətdə ötürmək mümkün olub. Gələcəkdə sözügedən texnologiyanın “Wi-Fi” texnologiyasını əvəz edəcəyi gözlənilir.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən xəbər verir ki, mobil rabitə və “Wi-Fi” texnologiyası tərəfindən istifadə olunan radiodiapazonlar bu gün həddən çox yüklənib və çoxlu maneələr yaranır.

Görünən işığın köməyi ilə məlumatların ötürülməsi informasiyanın daha sabit və səmərəli ötürülməsini təmin edəcək.

Sözügedən texnologiyanın yeganə çatışmazlığı odur ki, məlumatlar bir məkan daxilində ötürülə bilər. Lakin bu, həm də texnologiyanın üstünlüyüdür: belə ki, qonşu otaqdan məlumatların ələ keçirilməsi qeyri-mümkündür.

Alimlər təcrübə çərçivəsində yeni görünən işığın rəng çeviricisini sınaqdan keçiriblər. Yeni qurğunun ötürmə qabiliyyəti satışda olan qurğularla müqayisədə 40 dəfə çox olub.

Qurğu məlumatları 2 Qbit/s sürətlə ötürə bilər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL