Pasiyentlərin nəfəsi əsasında xəstəlikləri müəyyənləşdirən qurğu yaradılır
Texas Universitetinin alimləri pasiyentin nəfəsi əsasında bir çox xəstəliklərin diaqnostikasını əlçatan edən qurğunun yaradılması üzərində işləyirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən xəbər verir ki, yaradılmış "elektron burun" mobil elektronika istehsalında geniş istifadə edilən “CMOS” (elektron sxemlərin yaradılması texnologiyası) texnologiyasına əsaslanan ötürücü aparatdır. 200-280 hers diapazonunda elektromaqnit dalğaları yaradan və onların dəyişikliyini təhlil edən sistem spektroskopiya metodundan istifadə edir. Toplanılmış məlumatlara əsaslanan ötürücü qurğu havada kimyəvi maddələrin mövcudluğunu və konsentrasiyasını müəyyənləşdirir.
Bu halda sözügedən qurğu aseton maddəsinin ölçülməsinə xidmət edən yığcam “Breathalyzers” sensoru ilə müqayisədə yüksək spesifikliyə malik molekulyar tərkibli qazları təhlil edir. Bu amil nəfəs verilən havada aseton maddəsinin konsentrasiyasının yüksəkliyi ilə seçilən 1-ci tip diabet xəstələri üçün həlledici ola bilər.
Tədqiqatçıların fikrincə, “CMOS” texnologiyasına əsaslanan ötürücü ilk öncə sənaye məqsədləri üçün istifadə olunacaq, daha sonra ofis və tibb işçiləri tərəfindən tətbiq ediləcək. Təxminlərə görə, sözügedən qurğu qanın və mədə-bağırsaq traktatının diaqnostikasını asanlaşdırmağa, səmərəliliyini yüksəltməyə, həmçinin yoxlamaların xərclərini azaltmağa imkan verəcək.
Hazırda komanda qurğunun işlək prototipi üzərində işləyir və beta-test 2018-ci ilin əvvəlinə planlaşdırılıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL