Dünyanın ən innovativ şirkətinin adı açıqlanıb
“MIT Technology Review” nəşri 2016-cı ilin innovativ texnologiyaları effektiv biznes modeli ilə birləşdirən 50 ən “ağıllı” şirkətinin siyahısını dərc edib. Reytinqdə birinci yeri kapitallaşma dəyəri 337 milyard dollar təşkil edən ABŞ-ın “Amazon” şirkəti tutub.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta.Ru” resursuna istinadən yazır ki, reytinq tərtibatçıları “Amazon”un uğurlu texnologiyaları arasında musiqi, naviqasiya və “ağıllı” ev elementlərinin səsli idarəetməsi üçün “Alexa Voice Service” servisini, eləcə də şirkətin ən gəlirli və sürətlə inkişaf edən “Amazon Web Services” “bulud” xidmətləri platformasını qeyd ediblər.
Siyahıda ikinci yerdə 2016-cı ildə nitqin tanınması, kompüter görmə qabiliyyəti və robot texnikası sahəsində texnologiyaları ilə yadda qalan Çinin “Baidu” texnoloji şirkəti qərarlaşıb.
Liderlər üçlüyünü genomun oxunması üçün nəhəng “Illumina” avadanlıq tədarükçüsü tamamlayıb. Tədarükçünün “Grail” törəmə şirkəti 2019-cu ilədək xərçəng xəstəliklərini ilkin mərhələlərdə aşkarlamağa imkan verən yeni qan analizi metodu hazırlamağı planlaşdırır.
Siyahıya ən çox ABŞ şirkətləri (31) daxil olub.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL