waplog

Kvant kompüter ilk dəfə yüksək energetik fiziki prosesi simulyasiya edib


Avstriyanın Leopold və Frans adına İnsbruk Universitetinin tədqiqatçıları ilk dəfə kvant kompüterdə yüksək energetik fiziki prosesin simulyasiyasını həyata keçiriblər.  

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, eksperimentdə alimlər işi elektromaqnit sahəsi ilə əhatə olunmuş dörd ion itterbiuma əsaslanan 4 kubitlik kvant kompüterdən istifadə ediblər. Alimlər qrupu məntiqi əməliyyatların yerinə yetirilməsi üçün lazer impulsları vasitəsilə ion spinləri ilə manipulyasiyalar ediblər.   

Tədqiqatçılar hər 100 addımdan sonra ardıcıl olaraq ionların vəziyyətini rəqəmli kameralar vasitəsilə öyrəniblər. Xüsusilə iki hissəcik-antihissəciyin yerləşməsini nəzərdə tutan molekulların istiqamətinin analizi aparılıb. Kvant hesablamalar kvant elektrodinamika çərçivəsində fərziyyə versiyalarının sadələşdirilməsini təsdiq edib.  

“Sahə nə qədər güclü olsa, biz bir o qədər tez hissəcik və antihissəciklər yarada bilərik”, - universitet nümayəndəsi Esteban Martines bildirib.

Onun sözlərinə görə, işin nəticələrini ənənəvi kompüterlərdə təkrar etmək mümkündür, lakin hazırkı tədqiqat kvant texnologiyaları olmadan həyata keçirilməsi qeyri-mümkün əməliyyatlar istiqamətində atılmış ilk addımdır.

Yaxın vaxtlarda alimlər güclü nüvə təsirinin imitasiyası daxil olmaqla metodikanın tətbiqi sahəsini genişləndirmək niyyətindədirlər. Belə layihənin reallaşması həm yeni aparat sistemlərinin, həm də kvant alqoritmlərin yaradılmasını tələb edəcək.

Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.
Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daima azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL