Almaniyada tük ölçüsündə linzalar çap edilib
Almaniya mühəndisləri üçölçülü printer (3D) vasitəsilə çip və ya digər qurğu daxilində insan saçı qalınlığında miniatür linzalar çap etməyə başlayıblar. Bu, qum dənəsi ölçüsündə həqiqi “casus” kameralarının yaradılmasına yol açır.
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, kamera və digər optik sistemlərin miniatür şəklə salınması, son illər linzaların ölçülərinin azaldılması onların istehsal keyfiyyəti ilə bağlı tələblərin daha da ciddiləşməsi səbəbindən faktiki olaraq dayanıb. Alimlər daha ekzotik cihazlardan - su damcılı maye linza, plazma rezonator və s. istifadə etməklə bu maneələri aradan qaldırmağa çalışırlar.
Almaniyanın Ştutqart Universitetinin mütəxəssisi Timo Qissibl və onun həmkarları “3D” lazer printer vasitəsilə sərbəst forma və ölçüdə linzalar çap etməyə yiyələnməklə onların miniatür şəklə salınmasına mane olan bütün problemlərin həllini tapmağa nail olublar.
Adi “3D” printerlərdən fərqli olaraq onun lazer variantı əks metodla işləyir. Belə ki, o, əşyanı qat-qat toplamayaraq onu şüşə qəlib və ya xüsusi həssas materialdan hazırlayır. T.Qissibl və onun həmkarlarının sözlərinə görə, belə yanaşma linzaların hazırlanmasında submikron dəqiqliyə nail olmağa imkan verir ki, bu da onların miniatür şəklə salınması üçün zəruridir.
Alimlər bildiriblər ki, linzaları hazırlamaq üçün şüşə qəlibə lazerə şüşə və ya polimeri buxarlandırmağa mane olacaq bir neçə qat xüsusi material tökmək, sonra onu güclü lazerin femtosaniyəli impulsları (femto - mənfi 15 dərəcədə 10 dərəcə) ilə emal etmək, yenidən mühafizə rəngini yaxmaq və linza hazır olanadək bu prosesi təkrarlamaq lazımdır.
Tədqiqatçılar qeyd edirlər ki, bu proses uzun müddət davam etmir. Bir mikrolinzanın hazırlanmasına bir neçə saat tələb olunur ki, bu da onu alternativ miniatür optik cihazların yaradılması üsullarından xeyli fərqləndirir.
Almaniya fizikləri nümayiş üçün 1,4x1,4 mikrometr ölçüsündə 1600 pikselli miniatür kamera, eləcə də 120 mikrometr diametrində və 100 mikrometr qalınlığında linzalar dəsti yaradaraq linzaları birbaşa mikroçipin üst qatında çap ediblər. Beləliklə, hətta belə linzaların optik-lifin qoşulduğu üçqat dəsti tipik insan tükündən qalın olmayıb.
T.Qissibl qeyd edib ki, belə linzalar və onun hazırlanma sistemi çoxlu sahələrdə tətbiq oluna bilər. Məsələn, onların əsasında miniatür kameraları inyeksiya iynəsindən keçərək insan orqanizminə adi şpris vasitəsilə daxil etmək mümkün olacaq. Nisbətən iri linza dəstləri rəngləri pozmadan tam rəngli təsvir əldə edə biləcəklər ki, bu da onların bıçaq, cərrah bıçağı və digər nazik alətlərin ülgüclərində qüsurların axtarışında, eləcə də izləmə sistemlərinin və digər mürəkkəb optik qurğuların yaradılmasında tətbiqinə imkan verəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL