Litva İKT sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Litva İKT sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu fikri AZƏRTAC-a müsahibəsində Litvanın nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkyaviçyus deyib:
"Biz şəhər və kənd yerləri arasında rəqəmsal qeyri-bərabərliyin azaldılması üzrə elektron kommunikasiyalar sahəsində Avropa İttifaqında nümunəvi hesab edilən iri layihələrin reallaşdırılması təcrübəsini bundan sonra da bölüşməyə hazırıq".
R.Sinkyaviçyusun fikrincə, Litvanın ictimai sektorda elektron xidmətlər yaradılması sahəsində təcrübəsi də Azərbaycan üçün maraqlı ola bilər. Nazir bildirib ki, Litva elektron ictimai-inzibati xidmətlər sahəsində tərəqqi baxımından Aİ ölkələri arasında liderlərdən biridir. Litvanın "DocLogix" şirkəti "Azərbaycan Respublikasında "G-Cloud" bazasında vahid elektron sənəd dövriyyəsi" layihəsinin reallaşdırılması çərçivəsində öz xidmətlərini təklif edir və əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümid bəsləyir.
Nazir diqqətə çatdırıb ki, Litvanın İKT şirkətləri Azərbaycana elektron hökumət sahəsində müvafiq həllər təklif edə bilərlər. Nazirin sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlığın mümkün sahələrindən biri də strateji dövlət resursu olan radiotezliklərdən səmərəli istifadə edilməsidir.
"Qeyd etmək lazımdır ki, "Azərpoçt" MMC və "Lietuvos pastas" səhmdar cəmiyyəti "SC/STEFİ" sistemi vasitəsilə elektron pulköçürmələrinin təşkilində əməkdaşlıq edirlər. 2015-ci il aprelin 1-də iki ölkənin poçt təşkilatları arasında müvafiq müqavilə imzalanıb"- deyə o, həmçinin qeyd edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL