waplog

Mikroskopik fotokamera icad edilib


İstehsalçıların sözlərinə görə, belə kameranı endoskopla birlikdə tibbi tədqiqatlarda istifadə etmək olar. Bundan başqa, insanın orqanizminə göndərilmiş mikrorobotu analoji qurğu ilə təchiz etmək olar.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən xəbər verir ki, mikroskopik kamera üç linza ilə təchiz edilib, qalınlığı 100 mikrometr (0.1 mm), eni qurğunun korpusu ilə birlikdə 120 mikrometr təşkil edir. Kamera 3 mm məsafədən obyektə fokuslana bilir və çəkilmiş şəkli 1.5 metr uzunluğunda olan fiber-optik kabellə göndərə bilər.

Miniatür üçqat linza femtosaniyə lazerin sayəsində yaradılıb. Tədqiqatçılar belə linzaların yaradılmasında yüksək dəqiqliyə nail olublar.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL