waplog

Qlobal İT bazarında artım gözlənilmir


“Gartner” analitik şirkəti 2016-cı il üçün qlobal informasiya texnologiyaları bazarının həcmi üzrə proqnozuna yenidən baxıb və yeni hesablamalara əsasən, qlobal İT xərclərin həcmi 2015-ci illə eyni səviyyədə (3.41 trilyon ABŞ dolları) olacaq.

Mütəxəssislər izah ediblər ki, yeni düzəliş valyuta dəyişikliklərini nəzərə alaraq edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən xəbər verir ki, İT bazarının ayrı-ayrı seqmentləri haqda məlumat verən ekspertlər 2016-cı ildə məlumat mərkəzləri üçün avadanlığa yatırılacaq investisiyanın 2 faiz artımını proqnozlaşdırıblar. Analitiklər artıma şərait yaradan amillər arasında Çin və Qərbi Avropanın server bazarında yüksəlişi, həmçinin Şimali Amerikanın korporativ şəbəkə avadanlığı bazarında aktiv yeniləməni qeyd ediblər.

Ən yüksək artım proqram təminatı seqmentində gözlənilir: 2015-ci illə müqayisədə xərclər 5% artaraq 332 milyard dolları ötəcək. Mütəxəssislərin məlumatına görə, proqram təminatı seqmentində əsas hərəkətverici qüvvə  Şimali Amerikadır və 2016-cı ildə bu sahədə gözlənilən 24 milyard dolların 11.6 milyardı adı çəkilən regionun payına düşəcək.

Ən böyük azalma (5.3%) kompüter texnikası bazarında proqnozlaşdırılır. Analitiklərin proqnozuna görə, 2016-cı ildə fərdi kompüter, noutbuk, mobil telefon, planşet və printer daxil olmaqla müxtəlif qurğuların alışına 627.2 milyard ABŞ dolları xərclənəcək. Halbuki 2015-ci ildə bu göstərici 662.3 milyard ABŞ dolları olub. Rusiya, Yaponiya və Braziliyada iqtisadi problemlər FK bazarının bərpasını və ona tələbatı ləngidir. Bundan başqa, bir çox istehlakçılar köhnə kompüterlərini işlətməyə davam edirlər.

“Gartner”in qiymətləndirməsinə görə, 2016-cı ildə İT xidmətlərinə təxminən 898 milyard dollar xərclənəcək ki, bu da ötənilki göstəricidən 3.7% daha çoxdur. Bu sahədə Yaponiyada xərclər ən sürətli templə artacaq.

Həmçinin 2016-cı ildə telekommunikasiya xidmətlərinə xərclər 1.4% azalaraq 1.38 trilyon dollar təşkil edəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL