waplog

“Microsoft” autizmə tutulan uşaqlara kömək üçün virtual reallıqdan istifadə edir


“Microsoft” korporasiyasının tədqiqatçıları virtual reallıqdan daha bir sahədə istifadəyə başlayıblar. Belə ki, onlar ötən həftə Böyük Britaniyada keçirilən seminar çərçivəsində autizm xəstəliyinə düçar olan uşaqların iş mühitinə daxil olmalarına hazırlıq üçün virtual reallıq texnologiyasından istifadə imkanını nümayiş etdiriblər. Bu məqsədlə 7-9 yaşlı 22 nəfərdən ibarət seçilən qrup “Windows 10 Mobile” mobil əməliyyat sistemli smartfonlarda “HTC Vive” kaskası və “VISR” virtual reallıq qarnituru vasitəsilə proqramlaşdırmada öz qüvvəsini sınayıb. Qrup virtual dünyada müxtəlif obyektlər yaradaraq ora rəsmləri yükləməyə nail olub.

“Uşaqlar mobil telefondan istifadə edərək virtual dünyada ətrafında arı təknələrinin fırlandığı və sakura budaqlarının olduğu ağac və skamya kimi obyektlər yarada biliblər”, - "Microsoft UK”-nın hesabatında qeyd olunur.

“Microsoft” mütəxəssisləri əmindirlər ki, seminar autizmdən əziyyət çəkən uşaqları proqramlaşdırma ilə məşğul olmağa ruhlandıracaq və bu da öz növbəsində onlara gələcəkdə Böyük Britaniyada iş yeri seçimində daha böyük imkanlar verəcək.

Tədbirin təşkilində, həmçinin autizm xəstəliyinə düçar olan uşaqlar, gənclər və ailələrlə işləyən "CASPA” xeyriyyə təşkilatı iştirak edib, -  “4PDA” yazır.
 
Nizam Nuriyev





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL