waplog

“Ağıllı” çamadan giroskuterə çevrilir


Son vaxtlar müxtəlif ölkələrin bir sıra şirkətləri sahibinin arxasınca gedən, onun elektron qurğularını enerji ilə dolduran və ümumilikdə səyahəti asanlaşdıran yüksək texnologiyalı çamadanlar təqdim edib. Bu dəfə belə “smart” çamadanlar siyahısına İranın "Ikap Robotics” şirkəti tərəfindən hazırlanan "Olive” çamadanı əlavə olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “Olive” xarici görünüşünə görə adi çamadanlardan az fərqlənsə də, çoxlu faydalı funksiyalara malikdir. Belə ki, “Wi-Fi” və ya “Bluetooth” vasitəsilə istifadəçinin smartfonu ilə sinxronlaşan çamadan reysi xatırlada və ya təyyarəyə tələsməyə çağıra bilir. Xüsusi mobil əlavə çamadanın olduğu yeri izləməyə şərait yaradır, quraşdırılan 1000 milliamper/saat tutumlu akkumulyator isə smartfon və ya planşeti enerji ilə doldurmağa imkan verir.

Bildirilir ki, “Olive” çamadanı quraşdırılmış akselerometr, giroskop və elektromotor sayəsində iki təkər üzərində sahibinin arxasınca müstəqil hərəkət edərək insanın hərəkətini xüsusi kamera vasitəsilə izləyir. Uçuşa az vaxt qalan zaman çamadan giroskuterə çevrilir. Onun üzərinə minən çamadan sahibi lazımi yerə vaxtında çata bilər.

“Olive”, həmçinin smartfon və ya “ağıllı” saatların köməyi ilə açılan və bağlanan elektron qıfılla, eləcə də çamadanın dəqiq çəkisini öyrənməyə imkan verən quraşdırılmış tərəzi ilə təchiz edilib.
İyunda “Olive” Münhendə keçirilən startaplar müsabiqəsində robotlaşdırılmış qurğular kateqoriyasında birinci yeri tutub və hazırda çamadan yaradıcıları qurğunun tamamlanması və seriyalı istehsalına başlamaq üçün sərmayədar və tərəfdaşlar axtarır.

Qurğunun bazara çıxarılma müddəti və təxmini qiyməti barədə məlumat verilmir.

Nizam Nuriyev 





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL