waplog

Ölkəmiz kompüter oyunları üzrə dünya çempionatında təmsil olunacaq


Oktyabrın 6-9-da Cakartada (İndoneziya) kompüter oyunları üzrə VIII Dünya çempionatı (The 8-th e-Sports World Championship Jakarta 2016) keçiriləcək.
 
Birinci qeydiyyat mərhələsi artıq başa çatıb və 37 ölkədən 479 müraciət qeydə alınıb. Onun 207-si 15 Asiya, 169-u - 14 Avropa, 39-u - 3 Amerika, 23-ü - 2 Okeaniya və 41-i - 3 Afrika ölkəsindəndir.
 
Otuz dörd federasiya “League of Legends”, 30-u - “Counter-Strike: Global Offensive”, 35-i -  “Hearthstone” üzrə turnirdə iştirak üçün müraciət edib. 
 
Yekun müraciətlərin müəyyən olunacağı ikinci qeydiyyat mərhələsi iyulun 1-dən sentyabrın 4-dək davam edəcək. Bu müddət ərzində iştirakçı federasiyalar milli seçim turniri keçirir və milli yığmanı formalaşdırırlar.
 
Azərbaycan Kiberidman Federasiyasından verilən məlumata görə, Federasiya bütün 3 rəsmi növ üzrə iştirak üçün müraciət edib. Hazırda iştirakçıların qeydiyyatı aparılır. Qeydiyyat barədə ətraflı məlumatı federasiyanın rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
 
Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda kompüter oyunları üzrə VI Dünya çempionatı (The 6-th e-Sports World Championship Baku 2014) keçirilib. Çempionatda 6 oyun növü üzrə 30 ölkənin nümayəndəsi iştirak edib.
 
Beynəlxalq Kiberidman Federasiyasının (IeSF) versiyası üzrə Dünya çempionatı milli yığma komandaların iştirak etdiyi yeganə turnirdir. Bu il çempionat “TAFISA World Games” yarışması ilə birlikdə eyni meydançada keçiriləcək. Turnirin keçirilməsi zamanı “IeSF” həqiqi dəyərləri nümayiş etdirərək kiberidmanın gənc nəslə özünü ən yaxşı tərəfdən göstərməyə imkan verməklə idmanın tərkib hissəsi olmasını göstərəcək. Böyük idmanın tərkib hissəsinə çevrilmə “SportAccord” təşkilatı və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınma üçün əhəmiyyət kəsb edəcək. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL