waplog

Fiziklər informasiya yazılışı sıxlığında rekorda imza atıblar


Delfta Universitetinin fizikləri bir bitin kodlaşdırılması üçün bir neçə atomun istifadə olunduğu rekord yüksək informasiya sıxlığına malik qurğu yaradıblar. Belə texnologiya 1 kvadrat santimetr səth üzərində təxminən 10 terabayt tutumda informasiya yazmağa, ənənəvi sərt disklər üzərində isə yüzlərlə terabayt yerləşdirməyə imkan verəcək.  

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, alimlər 1 kilobayt tutumlu yaddaş modulu icad ediblər. Qurğunun əsasını monokristalı misdən ibarət düz atomar maye təbəqə təşkil edir. Mütəxəssislər onun üzərində ideal kvadrat tor quran xlor atomlu konstruksiyalar qurublar. Torda yerləşən “xana”lar vasitəsilə tədqiqatçılar sətirlərdə bitləri kodlaşdırmağa nail olublar. Onlar informasiyanın yazılması və təkrar yazılması üçün skan edən tunel mikroskopunun iynəsi vasitəsilə biratomluların yerini dəyişiblər. 

Bildirilir ki, qurğu bəşəriyyətin biratomluların manipulyasiyası vasitəsilə yaratdığı nəhəng obyektdir. Alimlərin sözlərinə görə, qurğuda yazma sıxlığı qabaqcıl texnologiyalarda maksimum informasiya yazılışını ən azı 500 dəfə üstələyir.

Modulda informasiya bu şəkildə təşkil edilib: bitlər 3 atom qalınlığında sətirdə yerləşdirilib. Yalnız iki yuxarı sətirdən “sıfır” və “rəqəm”lərin yazılması üçün istifadə edilir. Aşağı sıra xətləri bitlərdən ayırır. Çipdə ayrı-ayrı bitlər 8 baytdan ibarət qruplar üzrə bölünərək 64 bit təşkil edir. Bu bloklardan  hər biri xüsusi konstruksiyalı “xanaya” yerləşdirilib. Bu, blokun aktiv və ya “bitlik” olmasını göstərir. 

Yazma sürəti zəif olan modulun tam yazılması üçün bir neçə dəqiqə tələb olunur. İş qabiliyyətini saxlamaq üçün modul aşağı temperaturadək soyumalıdır. Alimlər informasiyanın 77 Kelvin dərəcəsində 40 saat saxlanılmasını nümayiş etdiriblər ki, bu da maye azotun temperaturuna uyğundur. Bundan başqa, atomar yaddaş üçün yüksək vakuum və təmizlik lazımdır.

“HDD” kimi müasir maqnit informasiya daşıyıcıları yazma sıxlığı üçün fundamental məhdudiyyətlidir. Alimlər maqnit domenin minimal ölçüsünə uyğun olan məhdudiyyəti aradan qaldırmaq üçün digər informasiya daşıyıcıları axtarışındadırlar.

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL