Gürcüstanda keçirilən Avropa çempionatı “Azerspace-1” peyki vasitəsilə yayımlandı
14-17 iyul 2016-cı il tarixində Gürcüstanda keçirilən gənclər arasında yüngül atletika üzrə Avropa çempionatı "Azerspace-1" peykinin resurslarından istifadə olunaraq canlı yayımlanıb.
Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərkosmos" ASC və Gürcüstanın "NPLE Media Center" şirkəti arasında imzalanan müqaviləyə əsasən, Avropa Yayım Birliyi (European Broadcasting Union- EBU) çempionat zamanı görüntünün dünyanın bir çox beynəlxalq yayım mərkəzinə çatdırılmasını "Azerspace-1" peyki vasitəsilə həyata keçirib.
"Azərkosmos" 4 gün davam edən çempionatın ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki televiziya tamaşaçısına yüksək keyfiyyətlə çatdırılmasında mühüm rol oynayıb.
Bu da öz növbəsində gələcəkdə keçiriləcək idman yarışlarının, eləcə də digər əhəmiyyətli tədbirlərin "Azerspace-1" peyki vasitəsilə yayımlanması üçün Avropa Yayım Birliyi ilə əməkdaşlığın qurulması istiqamətində irəliyə atılan uğurlu addımlardan hesab olunur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL