waplog

Yaponiyada videomaqnitofonların istehsalı tam dayandırılacaq


İnsanların əksər hissəsi “VHS” kasetlər dövrünün 2000-ci illərin əvvəllərində sona çatdığına əmin olsa da, bu belə deyil. Dünyada hələ də videomaqnitofonlardan müxtəlif lent yazılarına baxmaq üçün istifadə edən kifayət qədər insan qalıb.

Lakin ötən illər ərzində bu qurğulara tələbatın kəskin azalması faktını inkar etmək olmaz. Bu səbəbdən klassik videomaqnitofonların istehsalı ilə məşğul olan sonuncu Yaponiya istehsalçısı - "Funai Electric” şirkəti istehsalın dayandırılacağını bəyan edib.

“ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, ötən il dünyada təxminən 750 min videomaqnitofon satılmışdısa, hazırda bu rəqəm kəskin azalıb.

Bundan başqa, belə qurğuların istehsalı üçün lazım olan komplekt hissələrinin tədarükündə problemlər müşahidə olunur. Bütün bunlar “Funai Electric” rəhbərliyini istehsalı dayandırmaqla bağlı qərar qəbul etməyə sövq edib.

Məlumata görə, “Funai Electric” şirkətinin istehsalı olan sonuncu videomaqnitofon iyulun sonunda istehsal ediləcək.

Nizam Nuriyev  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL