Xəstə haqqında məlumatları kompüterə ötürən cərrahi tikiş materialı yaradılıb
ABŞ alimləri yaranı sağaltmağa kömək edən və xəstənin vəziyyəti barədə informasiyanı kompüterə translyasiya etməyə imkan verən cərrahi tikiş materialı prototipini hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, bu, aşağıdakı qaydada həyata keçirilib: parça lifləri sanki “kimyəvi və fiziki müşahidə” aparmağa imkan verən sensor və elektrodlarla toxunulub. Belə nanoölçülü ötürücülər qan təzyiqi, bədən temperaturu, şəkər səviyyəsi və hətta stress kimi göstəriciləri izləyə bilirlər.
Mütəxəssislərin fikrinə görə, bütün bu məlumatları simsiz üsulla istənilən qəbuledici qurğulara, məsələn, smartfon və ya kompüterlərə real vaxt rejimində göndərmək mümkün olacaq. Nəzəri baxımdan bunun həkimlərin işini xeyli asanlaşdıracağı gözlənilir.
Hazırda alimlər sınaqların yalnız siçovullar üzərində keçirilməsinə görə nəticəyə zəmanət verə bilməsələr də, onun yekunundan razıdırlar. Tədqiqat iştirakçılarından biri, nanotexnologiyalar laboratoriyasının direktoru Samir Sonkusalın sözlərinə görə, belə “ağıllı” tikiş və bintlər dərinin sağalmasını izləməyə imkan verəcək, eləcə də onlardan sağlamlıq vəziyyətinin monitorinqi üçün istifadə etmək mümkün olacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL