Diabet xəstələrinin vəziyyəti barədə məlumatlar “ağıllı” bilərziklərlə toplanacaq
Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi diabetdən əziyyət çəkən insanların fiziki aktivliyi və bu xəstəliyin yüksək riskinin müşahidə olunduğu şəxslər barədə məlumatları “ağıllı” bilərziklər vasitəsilə toplayacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, qurğu qan təzyiqini, nəbzi, xəstənin gün ərzində getdiyi addımların və sərf etdiyi kalorinin sayını ölçür. Qolbağın yaddaşı bu qayda ilə istifadə üzrə altı ay üçün nəzərdə tutulub.
Şəkər xəstəliyindən əziyyət çəkən onlarla insanın iştirakı ilə ilk eksperimentin bu ilin yayında keçiriləcəyi gözlənilir. Bir ay sonra onlar bilərzikləri əldə olunan məlumatları təhlil edərək xəstəliyin sonrakı müalicəsi və profilaktikası üzrə tövsiyələr verəcək həkimlərə qaytaracaqlar.
Yeni qurğunun əsas vəzifəsi xəstələrin vəziyyətinin pisləşməsinin qarşısını almaq məqsədilə onların həyat tərzinə daha effektiv nəzarətdir. Mütəxəssislərin qiymətləndirməsinə görə, layihənin uğurla həyata keçirilməsi 2020-ci ilədək büdcədən səhiyyə üçün 40 trilyon yendən (380 milyard dollar) çox vəsaitə qənaət
etməyə imkan verəcək.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin təxminən 422 milyonu (əhalinin yetkinlik yaşına çatanlarının 8,5 faizi) şəkər xəstəliyindən əziyyət çəkir, hər il bu xəstəlik nəticəsində 1,5 milyon insan həyatını itirir. 2030-cu ilədək diabetin say etibarilə planetdə ölüm ilə nəticələnən ən geniş yayılmış səbəblər reytinqində yeddinci xəstəlik olacağı gözlənilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL