waplog

Vətəndaşların qaldırdığı məsələlər müşavirədə müzakirə olundu


Bu gün Qəbələ şəhərində vətəndaşların qəbulu zamanı qaldırılan məsələlər daha sonra Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyilə aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və Poçt filiallarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə ətraflı müzakirə olunub.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinin rəhbərlərinin də iştirak etdiyi toplantıda sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti və vətəndaş şikayətləri üzrə geniş müzakirə aparılıb.
 
Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yaxşılaşdırılması, işlərində ciddi dönüş yaradılması ilə bağlı tapşırıqlar verib.

Eyni zamanda, nazir qarşıya çıxan problemlərin vaxtında həll olunması, xidmət mədəniyyətinin lazımi səviyyəyə çatdırılması, vətəndaş şikayətlərinə ciddi reaksiya verilməsi üçün müvafiq göstərişlər verib.
 
Sonda R.Quluzadə bildirib ki, həyata keçirilən bütün işlər sektorun inkişafına və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət etməlidir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL