waplog

Yaxın gələcəkdə nanorobotlar insanların müalicəsini asanlaşdıracaq


Dreksel Universitetinin alimləri miniatür robotların elektromaqnit sahəsinin köməyi ilə maye mühitdə yüksək sürətlə hərəkət etməsini nümayiş etdiriblər. Alimlər gələcəkdə sözügedən robotların dərman maddələrinin çatdırılması üçün istifadəsini planlaşdırır. İxtiranı təsvir edən məqalə “Scientific Reports” jurnalında dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti lenta.ru saytına istinadən xəbər verir ki, nanorobotlar miniatür dairəvi hissəciklərdən ibarət zəncir formasındadır. Maqnit sahəsi hissəcikləri fırladır və bu halda zəncirin uzunluğu onun yüksək sürətlə hərəkət etməsini təmin edir. Alimlər müxtəlif robotları sınaqdan keçiriblər. Ən uzun qurğu 13 hissəcikdən ibarət olub və saniyədə 17.85 mikrometr sürətlə hərəkət edib.

Miniatür robotların hərəkət etməsindən ötrü xarici maqnit sahəsi tətbiq edilib. Maqnit sahəsinin fırlanma sürəti ilə zəncirlər arasında asılılıq olduğu müəyyənləşdirilib. Bununla belə yüksək tezlik uzun qurğuların kiçik  hissələrə bölünməsinə səbəb olur. Maqnit sahəsinin istiqamətini dəyişdirərək iki robotun bir-birinə əks istiqamətdə hərəkət etməsinə nail olmaq olar.

Alimlərin sözlərinə görə, nanorobotlar dərman maddələrinin çatdırılması sistemi kimi xidmət göstərə, həmçinin cərrahi əməliyyat zamanı müxtəlif məsələləri yerinə yetirə bilər.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL