waplog

Ölkəmizin BMT-nin “Elektron Hökumətin İnkişaf İndeksi” üzrə mövqeyi 12 pillə yüksəldi


 
Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının (BMT) ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyi "E-Government Survey 2016" adlı hesabatında əvvəlki mövqeyini 12 pillə artıraraq 68-ci yerdən 56-cı yerə yüksəlib.
 
Hesabatın builki nəşrində "Elektron Hökumətin İnkişaf İndeksi" və "Elektron-İştirak İndeksi"  üzrə BMT-nin 193 üzv ölkəsinin reytinqi müəyyənləşdirilib.
 
Hesabatda "Elektron Hökumətin İnkişaf İndeksi" üzrə ölkələr ümumilikdə topladığı xala görə 4 qrup üzrə təsnifləşdirilib (çox yüksək, yüksək, orta, zəif).
 
Qeyd edək ki, "Elektron Hökumət İnkişaf İndeksi" (EGDI) üzrə Azərbaycan əvvəlki hesabatdakı kimi "Yüksək" EGDI  ölkələr qrupuna daxil edilib.
 
 



 
 
 


·         EGDI qrupunda dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. Qeyd edək ki, əvvəlki hesabatda liderlik edən Koreya hazırki hesabatda 3-cü yerdə mövqe tutub. "Elektron Hökumət İnkişaf İndeksi" üzrə 2-ci yerin sahibi Avstraliya olub.
 
 
 
 
 
·         Qeyd edək ki, reytinq cədvəlində xeyli irəliləyən ölkəmiz MDB regionunda əvvəlki hesabatdakı 7-ci mövqeyindən 4-cü mövqeyə yüksəlib.

 

·         EGDI indeksinə görə MDB ölkələrinin müqayisəsi:



  Ölkənin adı "E-government survey 2016" hesabatında mövqe "E-government survey 2014" hesabatında mövqe "E-government survey 2012" hesabatında mövqe
1 Qazaxıstan 33 28 38
2 Rusiya 35 27 27
3 Belarus 49 55 61
4 Azərbaycan 56 68 96
5 Gürcüstan 61 56 72
6 Ukrayna 62 87 68
7 Moldova 65 66 69
8 Özbəkistan 80 100 91
9 Ermənistan 87 61 94
10 Qırğızıstan 97 101 99
11 Türkmənistan 140 128 126
12 Tacikistan 139 129 122
 
 
 
 
 
 
 
 


Məlumat üçün bildirək ki, "Elektron Hökumət İnkişaf İndeksi"nin hesablanması zamanı 3 komponent əsas götürülür:
 
                                 Online xidmət sub-indeksi,
                                 Telekommunikasiya İnrfastrukturu sub-indeksi,
                                 İnsan Kapitalı  sub-indeksi.
 
 
 


 
 

 
 
 


·         BMT-nin sözügedən hesabatında göstərilən ikinci əsas indeksi "Elektron-İştirak İndeksi"dir (E-Participation). Azərbaycan bu göstəriciyə görə dünya ölkələri arasında 30 pillə irəliləyərək 77-ci yerdən 47-ci yerə yüksəlib.

 



·     


    Azərbaycan həm də bu göstərici üzrə MDB ölkələri arasında əvvəlki 7-ci yerindən 2-ci yerə yüksəlmiş olub.
 
   
Ölkənin adı
"E-govrnment survey 2016" hesabatında mövqe "E-govrnment survey 2014" hesabatında mövqe  
Mövqe dəyişikliyi
1 Rusiya 32 30 -2
1 Ukrayna 32 77 +45
2 Azərbaycan 47 77 +30
2 Özbəkistan 47 71 +24
3 Moldova 50 40 -
4 Qırğızıstan 67 81 +14
4 Qazaxıstan 67 22 -45
5 Belarus 76 55 -21
5 Gürcüstan 76 49 -27
6 Ermənistan 84 59 -25
7 Tacikistan 149 158 +9
8 Türkmənistan 179 158 -21
 
 
Həmçinin məcmuədə "Elektron-İştirak İndeksi" üzrə ən yaxşı performans göstərən top 50 ölkə arasında Azərbaycanın adı qeyd edilib. Bu indeks üzrə meyarlar e-informasiya, e-məsləhət, e-qərarvermə alt göstəricilər əsasında hesablanır.
 

                          
 
 
 
·         "Elektron-İştirak İndeksi"nin sub-göstəriciləri üzrə Azərbaycanın mövqeyi  aşağıdakı kimidir.





 


Qeyd edək ki, hesabatın müvafiq qiymətləndirməsində "Elektron-İştirak İndeksi" üzrə dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. Digər 2-ci yer iki ölkə - Yaponiya və Avstraliya arasında bölüşür. Əvvəlki hesabatda birinci olan Koreya isə bu dəfə 4-cü yerdə qərarlaşıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL