waplog

Artıq smartfonlar hərəkət edəcək (VİDEO)


Tokio Universitetindən olan alimlər qrupu tərəfindən smartfon üçün yaradılmış sadə aksesuar cihazın təkərlərin köməyi ilə hərəkət etməsinə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti newsru.com saytına istinadən xəbər verir ki, alimlər tərəfindən yığılmış qurğu prototipi smartfon üçün çexoldan, həmçinin iki kiçik təkərə malik elektron moduldan ibarətdir. Modulun daxilində mikrokontroller, elektrik mühərrikləri və dönmə bucaqları tənzimçiləri yerləşdirilib. Çexol və təkərlər “3D” printerdə çap edilib.

İstehsalçıların sözlərinə görə, smartfon üçün sözügedən təkərli modul bir sıra formada tətbiq edilə bilər. Məsələn, zəngli saatın çalması zamanı təkərli moduldan istifadəni nümunə göstərmək olar: smartfon sahibindən uzaqlaşaraq siqnalı söndürmək üçün onu hərəkət etməyə məcbur edir.

Ancaq qurğunun imkanları bununla bitmir. Belə ki, mühərrikin gücü qurğunun kiçik obyektləri itələməsinə imkan verir. Bundan başqa, təkərli moduldan məsafə ölçən kimi istifadə etmək olar. Nəhayət, sözügedən aksesuarı elə sazlamaq olar ki, daxil olan zəng və ya vacib xəbərdarlıq zamanı smartfonu sahibinə doğru itələsin.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL