Yapon alimləri displeyi qayçı ilə kəsməyi təklif edir
Yaponiyanın "NIMS" ("National Institute for Materials Science") institutu tərəfindən hazırlanmış elastik paneldən qayçının köməyi ilə istifadəçiyə lazım olan formada displey kəsmək mümkündür.
"ICTnews" Elektron Xəbər Xidməti rambler.ru xəbər portalına istinadən yazır ki, elastik paneldə istifadə olunan üzvi-metal polimer materialları displeyi kəsməyə imkan verir. Bu halda displeyin qalan hissəsi iş qabiliyyətini saxlayır. Kəsilmiş hissənin yeni formaya uyğunlaşmasına bir neçə saniyə vaxt tələb olunur və hətta elektron kağız kimi sönmə zamanı son əks olunmuş informasiyanı yadda saxlayır.
Hazırda sözügedən texnologiya yalnız monoxrom displeylər yaratmağa imkan verir. Belə ekranlar geyim və ya ağıllı daşınan cihazlarda tətbiq oluna bilər.
Alimlər gələcəkdə sözügedən texnologiyanın köməyi ilə rəngarəng displeylər yaratmağa ümid edirlər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL