İlk dəfə bioloji neyronlar kimi fəaliyyət göstərən süni neyronlar yaradılıb
“IBM” korporasiyası insan beynindəki neyronlar kimi fəaliyyət göstərən ilk süni neyronlar yaradıb. Əsas özəlliyi əsl bioloji neyronların fəaliyyətində mövcud olan təsadüfilikdir.
“ICTnews” Elektron Xəbər Xidməti cnews.ru saytına istinadən xəbər verir ki, “IBM” korporasiyasının Sürixdə yerləşən tədqiqat laboratoriyasının əməkdaşları tarixdə ilk dəfə faza keçidinə malik süni neyronlar yaradıblar. Şirkətin nümayəndələri tərəfindən yaradılmış 500 belə neyron siqnalları insan beyninin iş prinsipinə oxşar üsulla emal etmək qabiliyyətinə malikdirlər.
Qeyd edək ki, faza keçidinə malik neyronlar geniş tətbiq edilən materiallardan yaradılıb. Həm də neyronlar stoxastikdirlər (ehtimal edilən), yəni onlar sabit deyillər və bioloji neyronlar kimi müxtəlif nəticələr göstərə bilərlər.
Birincisi, neyronlar artıq elektron sənayedə istifadə olunan geniş tətbiq edilən materiallardan hazırlanıb. İkincisi, olduqca kiçik ölçüdə neyronlar yaratmaq mümkündür. Bir süni neyronun uzunluğu təxminən 100 nm təşkil edir.
Beləliklə, süni neyron yaratmış “IBM” şirkəti ilk dəfə bioloji beyin kimi fəaliyyət göstərmək qabiliyyətinə malik süni intellektin yaradılmasına çox yaxınlaşıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL