“Elektron imza”dan iyul ayı üzrə istifadə statistikası açıqlandı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən cari ilin iyul ayı ərzində dövlət qurumları üzrə 1242, hüquqi şəxslər üzrə 350, fiziki şəxslər üzrə isə 68 olmaqla toplam 1660 “elektron imza” sertifikatları istifadəyə verilib.
Bu günə qədər olan statistikaya nəzər salsaq görərik ki, ümumilikdə Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 94662 “elektron imza” sertifikatı istifadəyə verilib. Bundan 62264 dövlət qurumlarının, 16140 hüquqi şəxslərin, 16258 isə fiziki şəxslərin payına düşüb.
Qeyd edək ki, “elektron imza” həmçinin "Elektron hökumət" portalının autentifikasiya vasitələrindən biridir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL