waplog

İnsan xasiyyətinin öyrənilməsi üçün eynək icad edilib (VİDEO)


“SensoMotoric İnstruments” (SMİ) brendi dünyada elə də tanınan şirkətlərdən biri deyil. Bəzən belə şirkətlər də elə məhsullar istehsal edirlər ki, onlar diqqətə layiqdir.

Belə ki, “SMİ” şirkəti istifadəçinin baxış istiqamətinin izlənilməsi üçün nəzərdə tutulmuş qurğunu təqdim edib.

İstehsalçı qurğunu eynək şəklində gözlərin dünyada ilk binokl trekeri kimi təsvir edir. İdealda bu, “MS Kinect” qurğusu kimidir. Bədənin hərəkətləri ilə baxış istiqamətini izləyir.

Eynəkdən istifadə etmək üçün istifadəçi yalnız onu geyinməli və müəyyən müddət ərzində baxışı bir nöqtəyə cəmləməlidir ki, qurğu işə düşsün.

Lakin üçölçülü hərəkət kontrollerlərindən fərqli olaraq bu eynək kompyuter sistemlərini idarə etmək üçün deyil, insan təbiətinin öyrənilməsi üçün istifadə olunur.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL