Qida hazırlayan ev “3D” printeri yaradılıb
“Natural Machines” startapı qida üçün “Lipson” adlı ev “3D” printeri yaradıb. Qurğu müxtəlif inqrediyentlərdən ibarət 8 kartricin köməyi ilə müxtəlif qidaları çap edə bilər. Cihazın ölçüsü kofeqaynadan boydadır.
“ICTnews” Elektron Xəbər Xidməti mail.ru saytına istinadən xəbər verir ki, əvvəllər ixtiraçılar tərəfindən qida çap etmək üçün təqdim edilmiş “3D” printerlərin dəyəri nisbətən baha idi, bundan başqa inqrediyentlər çox məhdud idi. Yeni qurğuda kartriclərin daxilində dondurulmuş püre formasında inqrediyentlər vardır. “Lipson” bu inqrediyentlərdən yeməli tozlar, gellər, pastalar və başqa qidalar hazırlayır.
Tərtibatçıların sözlərinə görə, proqram təminatı “3D” printerin işləməsində aparıcı rol oynayır. Əvvəllər belə qurğular detalların çapı üçün istifadə olunurdu.
5-10 il sonra hər bir kəs qida hazırlamaq üçün fərdi “3D” printerə sahiblənə bilər.
Qurğu Beynəlxalq Kulinariya Mərkəzinin dəstəyi ilə yaradılıb. Alimlər belə düşünürlər ki, 2020-2025-ci illərdə belə “Lipson” qurğu artıq hər bir mətbəxin bəzəyi olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL