Yaxın gələcəkdə hakerlər insan beyninə müdaxilə edə biləcəklər
Yaxın gələcəkdə beynə implantasiya olunan elektronika adiləşə bilər. Futuroloqların proqnozuna görə, implantatlar mərkəzi sinir sistemini əlavə "güclə" təmin edəcək və insanın düşünmə qabiliyyətini xeyli genişləndirməyə kömək edəcək. Bundan başqa, birbaşa mərkəzi sinir sisteminə impulslar göndərməklə ən müxtəlif xəstəliklərin müalicəsi mümkün olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti vesti.ru saytına istinadən xəbər verir ki, 1 avqust tarixində “Google” şirkəti tərəfindən təsis edilmiş şirkət 2023-cü ilədək miniatür elektrik implantatlar hazırlamağı qarşısına məqsəd qoyub. Üzvi elektronika artrit, diabet və astma kimi xroniki xəstəliklərin müalicəsinə imkan verəcək.
Bununla belə, beyin-kompüter interfeysi beyin üçün təhlükə yarada bilər.
Vaşinqton universitetinin biorobot texnikası laboratoriyasında elektrik mühəndisi kimi çalışan Hovard Çijek proqnoz verir ki, artıq yaxın gələcəkdə kibercinayətkarlar birbaşa insan ağlına müdaxilə edəcək. "Əslində çox vaxtımız yoxdur. Əgər biz bu problemi tezliklə həll etməsək, sonra çox gec olacaq” – o deyib.
Hovard Çijekin həmkarı Tamara Bonaçinin sözlərinə görə, indi kompüterlər ayrı-ayrı deyil, beyin tərəfindən göndərilən bütün elektroensefaloqrafik siqnalları qəbul edir. Bu siqnallar insan haqda vacib informasiyanı özündə saxlayır. Vaxtında müdafiə düşünülməsə, beyin-kompüter interfeysindən yalnız hakerlər deyil, həm də polis və hökumət istifadə edə bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL