waplog

Amerikalı alimlər özü məhv olan akkumulyator yaradıblar


Avtomatik məhv olan elektronika hərbi və ya tibb sahəsi daxil olmaqla müxtəlif sahələrdə tətbiq edilə bilər və müxtəlif ölkələrdən olan alimlər belə tip qurğuların yaradılması üzərində fəal işləyirlər. Amma bu sahədə əsas problemlərdən biri özü məhv olan akkumulyatorların yaradılması idi və avtomatik məhv olan qurğu nümunələrinin əksəriyyəti kənar enerji  mənbələrindən istifadə edirdi.

“ICTnews” Elektron Xəbər Xidməti newsru.com saytına istinadən xəbər verir ki, Ayova Universitetindən olan alimlər qrupu tərəfindən hazırlanmış, sabit və uzunmüddətli işləməsi ilə seçilən özü məhv olan akkumulyator bu vəziyyəti dəyişə bilər.

Məlumata görə, alimlər tərəfindən yaradılmış litium-ion akkumulyatorunun ölçüsü 6x5x1 mm təşkil edir və adi masaüstü kalkulyatoru 15 dəqiqə ərzində enerji ilə doldurur. Batareyanın çıxış gərginliyi 2.5 voltdur. Bu göstərici avtomatik məhv olan batareyaların əvvəlki nümunələrinin gərginlik göstəricilərini iki dəfə ötür.

Hazırda alimlər avtomatik məhv olan batareyaların təkmilləşdirilmiş nümunələri üzərində işləyirlər. Belə akkumulyatorların kütləvi istehsala çıxarılma tarixi açıqlanmayıb.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL