Haker əleyhinə kamera ilə təchiz edilmiş yeni monitor təqdim edilib
Əksər noutbuk və ya fərdi kompüter istifadəçiləri hakerlərin veb kamera üzərində nəzarəti gizli şəkildə ələ keçirməsindən ehtiyat edirlər. Kameraya müdaxilənin qarşısını almaq üçün ən sadə və effektiv üsul adi skotçdan istifadədir. Hətta “Facebook”un qurucusu Mark Zukerberq bu üsuldan istifadə edir.
“Philips Monitors” brendi üzərində hüquqa malik “MMD” şirkəti bu problemin daha səmərəli həllini tapıb və “Philips 272B7QPTKEB” monitorunu təqdim edib. Yeni monitorun əsas özəlliyi təhlükəsiz veb-kameradır: lazım olduqda monitorun korpusundan irəliyə doğru gəlir, sonra yenidən ekranın çərçivəsinə tərəf çəkilir. Beləliklə sistemə müdaxilə zamanı hakeri veb kameradakı məlumatı ələ keçirmək imkanından məhrum edir.
“ICTnews” Elektron Xəbər Xidməti newsru.com saytına istinadən xəbər verir ki, yeni monitor standart xüsusiyyətlərə malikdir. Qurğu piksellərin 2560x1440 piksel təsvir ölçülü 27 düymlük “IPS” matris, həmçinin “DisplayPort”, “HDMI” və “USB 3.0” konnektorları ilə təchiz edilib. Bundan başqa, model şleyf qoşulmanı dəstəkləyir: bir neçə monitoru “DisplayPort” vasitəsilə birləşdirmək mümkündür.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL