waplog

Növbəti nəsil “iPhone” smartfonu şüşə korpusla təchiz ediləcək


Daha çox "Foxconn" brendi kimi tanınan "Hon Hai Precision Industry" şirkəti "iPhone" smartfonu üçün şüşədən korpus hazırlayır. Bu haqda Yaponiyanın "Nikkei" nəşri yazıb.

"ICTnews" Elektron Xəbər Xidməti cnews.ru saytına istinadən yazır ki, mənbələrin məlumatına görə, 2017-ci ildə "Apple" şirkəti aparatı şüşə korpusa yerləşdirməklə "iPhone"un dizaynını dəyişdirməyi planlaşdırır. Bu yeniliyə imza atmaq istəyən şirkət istehlakçıların marağını geri qaytarmaq barədə düşünür.

 "Nikkei" nəşrinin mənbəyi dəqiqləşdirib ki, "Foxconn" 2015-ci ildən şüşə korpusların hazırlanması ilə məşğul olur.

Bundan əvvəl mənbələr yazırdılar ki, 2017-ci ildə "Apple" şirkəti metal çərçivə ilə haşiyələnmiş şüşə panellərdən ibarət korpusla təchiz edilmiş "iPhone" smartfonu buraxacaq. Mənbələr, həmçinin deyir ki, qurğu maye kristal ekranla deyil, "OLED" texnologiyasına əsaslanan ekranla təchiz ediləcək. Bütün bu dəyişikliklər nəticəsində qurğunun çəkisi azalacaq və onun enerji effektivliyini yüksəldəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL