waplog

Alkoqolun miqdarına nəzarət edən və taksi çağıra bilən “ağıllı” qədəh təqdim edilib


İsrailin "Glassify" adlı startapının istehsalı olan eyni adlı "ağıllı" pivə qədəhi içilmiş alkoqolun miqdarına nəzarət və ona endirim təklif etmək, həmçinin sərxoş müştəri üçün taksi çağırmaq qabiliyyətinə malikdir.
"ICTnews" Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən xəbər verir ki, qədəhin dibinə qurulmuş çipdəki informasiya "NFC" simsiz texnologiyasının köməyi ilə oxunur, məlumatları ötürmək üçün smartfonu qədəhin alt hissəsi üzrə aparmaq lazımdır.

"Glassify" mobil proqramı içilmiş alkoqolun miqdarına və növünə nəzarət edir, həmçinin müştərinin olduğu yeri müəyyənləşdirir. Bu halda restoran və ya barın müvafiq proqrama qoşulduğu məlum olduqda o zaman sözügedən proqram müştəriyə fərdiləşdirilmiş endirim təklif edəcək.

Bundan başqa, proqramın köməyi ilə dostlara pulsuz içki hədiyyə etmək və ya yaxınlıqda yerləşən barlarda reklam aksiyası haqda informasiya əldə etmək olar. Nəhayət, mobil proqramdan pul kisəsi kimi istifadə mümkündür.

Hazırda barlarda 2 min ədəd "Glassify" qədəhi sınaqdan keçirilir və bu yaxınlarda startapın İsrail, Avropa və Asiyada pilot layihələri başa çatıb. "Glassify" startapının analitiklərinin araşdırmasına əsasən, "ağıllı" qədəhlərdən istifadə satışların həcmini 13% yüksəldib, bu halda müştərilər spirtli içkilərin 80%-ni endirim proqramına qoşulmuş yerlərdən satın alıb.

"Ağıllı" qədəhin dəyəri hələ açıqlanmayıb.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL