Sahibindən başqa kənar şəxslərə əlçatmaz olan smartfon ekranı yaradılıb
Türkiyədə elektronika qurğularının təmiri ilə məşğul olan məntəqənin sahibi smartfonun ekranında informasiyanın kənar şəxslərdən mühafizəsi sistemini ixtira edib. Sistem mobil proqram və çiplə təchiz edilmiş eynəkdən ibarətdir.
“ICTnews” Elektron Xəbər Xidməti cnews.ru saytına istinadən yazır ki, elektronika qurğularının təmiri ilə məşğul olan türk şirkətinin sahibi Celal Göger tərəfindən yaradılmış sistem smartfonun ekranındakı informasiyanı yalnız cihazın sahibi üçün əlçatan edir.
Göger bildirib ki, belə sistemin hazırlanmasına altı ay vaxt sərf edib.
Sistem mobil proqram və çiplə təchiz edilmiş eynəkdən ibarətdir. Çip simsiz rabitə vasitəsilə smartfona qoşulur, bundan sonra xüsusi çiplə təchiz edilmiş eynəyi taxmış şəxs mobil qurğunun ekranındakı təsviri görə bilir. Bununla belə, informasiya həmin şəxsin yanında olan şəxslər üçün əlçatmazdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL