waplog

Dünyada kvant sınaqları üçün ilk peyk orbitə buraxılıb


Çin kvant rabitəsi üçün dünyada ilk eksperimental peyki uğurla orbitə buraxıb.

“ICTnews” Elektron Xəbər Xidməti tass.ru saytına istinadən yazır ki, qədim Çin filosofunun şərəfinə adlandırılmış "Mo-szı" aparatı "Çançjen-2D" raket daşıyıcısının köməyi ilə orbitə çıxarılıb.

Missiyanın əsas məqsədlərindən biri informasiyanın kvant ötürülməsini həyata keçirmək, Çin (Pekin) və Avropa (Vyana) arasında hakerlər üçün tamamilə əlçatmaz olan təhlükəsiz rabitə kanalı yaratmaqdır.

"Bu layihə qlobal miqyasda kvant rabitənin tətbiqi mümkünlüyünü sübut etmək üçün nəzərdə tutulub Bu, kvant internetin gələcək inkişafı istiqamətində vacib addımdır" - Avstriya fiziki Anton Saylinqer deyib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL