Rabitə və yüksək texnologiyalar naziri Gəncədə vətəndaşlarla görüşəcək
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə avqust ayının 22-də saat 13:00-da Gəncə şəhərində Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlarla görüşəcək.
Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Gəncə şəhərində 02225 71617
Naftalan şəhərində 02235 22106
Goranboy rayonunda 02224 53106
Samux rayonunda 02227 51605
Daşkəsən rayonunda 02221 53020
Göygöl rayonunda 02220 55013
Kəlbəcər rayonu üzrə 02226 75099
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL