waplog

Çox nazik naqillərin yaradılması üçün qeyri-adi üsul tapılıb


Alimlər torpaq bakteriyalarından çox nazik elektrik naqilinin yaradılmasında istifadə ediblər. Sözügedən naqil insanın saçından 60 min dəfə nazikdir.

"ICTnews" Elektron Xəbər Xidməti mail.ru saytına istinadən yazır ki, torpaqda yaşayan geobakter növünə aid mikroorqanizmlər zülali saplar yarada bilər. Bakteriyalar bu nanonaqilin köməyi ilə dəmir oksidlə elektrik birləşməsi yaradır.

Ancaq geobakterlər tərəfindən hasil edilən enerji yalnız bakteriyaların yaşamasına kifayət edir. Alimlər geobakterlərin istifadəyə yararlı naqillər yaratması üçün onların dezoksiribinuklein turşusunu (DNT) dəyişiblər.

Bakteriyalar tərəfindən yaradılmış naqildən nəbzə və ya böyrəklərin funksiyasına nəzarət edən tibbi cihazlarda istifadə etmək planlaşdırılır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL