Qlobal smartfon bazarının həcmi 4.3% yüksəlib
"Gartner" analitik şirkəti qlobal smartfonlar bazarı üzrə hesabatını dərc edib. "Financial Times" nəşri yazır ki, "Apple" və "Xiaomi" şirkətləri "Oppo" kimi daha az tanınan Çin brendlərinin təzyiqi nəticəsində mövqeyini itirir.
"Gartner"in məlumatına görə, 2016-cı ilin aprel-iyununda dünyada 344 milyon smartfon satılıb ki, bu da ötən illə müqayisədə 4.3% daha yüksəkdir. Yaponiya istisna olmaqla bütün inkişaf etmiş regionlarda satış həcminin azalması qeydə alınıb. Latın Amerikası dövlətlərindən başqa, inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə 9.9% artım müşahidə olunub.
"ICTnews" Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, "Samsung Electronics" şirkəti qlobal smartfon bazarının lideridir. Cənubi Koreya nəhəngi "ağıllı" telefonların satışını 6.5% artıraraq 76.7 milyona çatdırıb.
"Apple" şirkətinin istehsalı olan "iPhone"un satış həcmi 7.7% azalaraq 44.4 milyon təşkil edib. Kaliforniya nəhənginin bazar payı 14.6%-dən 12.9%-dək azalıb. Artıq 3 rüb ardıcıl "Apple" şirkətində azalma qeydə alınır. Avrasiya, Afrika və Şərqi Avropa ölkələrində iPhone" smartfonlarına yüksək tələbat var. Ancaq Çində tələbatın 26% azalması nəticəsində şirkət rübü artımla başa vura bilməyib.
"Huawei" şirkəti ən böyük smartfon istehsalçılarının reytinqində üçüncü yerdə qərarlaşıb. Müvafiq dövrdə 30.7 milyon "Huawei" smartfonu satılıb, halbuki 2015-ci ilin aprel-iyununda bu göstərici 26.5 milyon olmuşdu.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL