Gəncədə “Apelyasiya Şuralarına elektron şikayət qəbulu” üzrə təlim keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən Gəncə şəhərində bir sıra rayonu təmsil edən yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinə "Apelyasiya Şuralarına elektron şikayət qəbulu" elektron xidmətindən və idarəetmə panelindən istifadə qaydaları üzrə növbəti təlim keçirilib. Təlimdə bu elektron xidmətin üstünlükləri barədə ətraflı məlumat verilib.
Tədbirdə Gəncə şəhəri daxil olmaqla, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz, Şəmkir, Samux və Beyləqan şəhərlərindən olan nümayəndələr iştirak ediblər.
"Elektron hökumət" portalına inteqrasiya edilən elektron xidmətdən yararlanmaq istəyən istifadəçilər portalın ana səhifəsində yerləşdirilmiş "Apelyasiya Şuralarına elektron şikayət qəbulu" linkə keçid edə bilərlər.
Xatırladaq ki, "Apelyasiya Şuralarına elektron şikayət qəbulu" üzrə elektron xidmət sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinin elektron şəkildə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına çatdırmasına xidmət edir.
Sahibkarlar üçün çox böyük əhəmiyyət daşıyan xidmət, eyni zamanda şikayətçilərin dövlət orqanlarına müraciətinin daha da asanlaşmasına, sənədlərin elektron şəkildə təqdim edilməsinə, müraciətlərə baxılma barədə məlumatların əldə edilməsinə imkan verəcək.
Adıçəkilən xidmətdən istifadə edən vətəndaş, həmçinin göndərmiş olduğu müraciətin icra vəziyyəti barədə məlumatı izləmək və verilən qərarı elektron formada əldə etmək imkanı qazanacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL