waplog

“Microsoft” şirkəti ofis paketində süni intellekt tətbiq edəcək


“Microsoft” şirkəti gündəlik planlaşdırma üçün süni intellekti dəstəkləyən “Genee” xidmətini satın alıb. Sözügedən xidmət “Office 365” proqram paketinə inteqrasiya edilə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” proqram nəhənginin məlumatına görə, “Genee” xidməti təbii dili başa düşür və qərarların qəbulu üçün optimallaşdırılmış alqoritmlərdən istifadə edir.

İstifadəçi görüş planlaşdırarkən təqvimə əsaslanan assistent cədvəldən boş gün seçir və smartfon sahibinin görüşmək istədiyi şəxsə bu barədə xəbərdarlıq göndərir.

“Genee” tətbiqinin “Microsoft”un xidmətlərinə inteqrasiya ediləcəyi tarix, hələ ki, məlum deyil.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL