Öz işini yerinə yetirdikdən sonra orqanizmdə həll olunan batareyalar yaradılıb
Batareya orqanizmə heç bir fayda verməsə də, amma yığcam videokamera və müxtəlif sensorlarla inteqrasiya edildikdə bir sıra xəstəliklərin diaqnostikasında kömək edə bilər.
Qeyd edək ki, belə tibbi cihazların yaradılması heç də yeni deyil. İnsanın həzm yolundan keçən an müxtəlif informasiyanı qeydə alan yığcam videokamera ilə təchiz edilmiş bir neçə santimetr ölçüsündə olan kapsullar artıq çoxdan düşünülüb. Bundan başqa, cari ildə Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri diaqnostika təyinatlı robot yaradıblar. Lakin bütün bu cihazlar bir sıra məhdudiyyətlərə (böyük ölçülü, avtonom işləmə vaxtının az olması) malik idi. Lakin Karneqi Mellon Universitetində işləyən alimlərin sayəsində bu vəziyyət tezliklə dəyişə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, belə ki, Kristofer Bettinqer və onun komandası tərəfindən yaradılmış adi kapsul ölçüsündə olan batareya 20 saatadək işləmək qabiliyyətinə malikdir və bundan sonra orqanizmdə həll edilir. Qurğunun əsasını melanin, manqan oksidi, mis və dəmir təşkil edir. Oxşar texnologiya üzrə yalnız batareya deyil, həm də sensorla təchiz edilmiş portativ kameralar yaratmaq olar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL