İnsan sifəti plastik kartları əvəz edəcək
Alış-veriş etmək üçün ödəniş kartına artıq ehtiyac olmayacaq. Yaponiyanın “Sumitomo Mitsui Financial Group” (“SMFG”) adlı maliyyə qrupu alış-verişin ödənişi üçün sifətin tanınması texnologiyasını sınaqdan keçirməyi planlaşdırır. 2017-ci ilə planlaşdırılan sınaqlarda yapon şirkətinin pərakəndə partnyorları iştirak edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “psm7.com” saytına istinadən yazır ki, müştərinin sifətinin biometriyası qeydiyyat məlumatlarına bağlanacaq. Beləliklə, plastik kartdan istifadə etmədən alış-verişin haqqını ödəmək mümkün olacaq.
Bundan başqa, Yaponiyada alış-verişin ödənişi üçün barmaq izinin skan edilməsi texnologiyasını tətbiq etməyi düşünürlər.
Qeyd edək ki, 2017-ci ilin yazında Yaponiyada sınaqdan keçiriləcək layihə turistlərə barmaq izinin köməyi ilə 300 ticarət nöqtəsində alış-verişin haqqını ödəməyə imkan verəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL