waplog

Abşeronda PON texnologiyası üzrə şəbəkə infrastrukturunun tikintisi tamamlanır


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Abşerondakı "Qurtuluş-93" yaşayış kompleksində PON (passiv optik şəbəkə) texnologiyası üzrə xidmətlərin təqdim olunması üçün şəbəkə infrastrukturunun tikintisini tamamlayır. Bu barədə "Aztelekom"un baş direktoru Məhəmməd Məmmədov deyib.

Onun sözlərinə görə, şəbəkə infrastrukturunun sınağı ayın sonunadək başlayacaq, bundan sonra passiv optik şəbəkənin peşəkar istismarı başlayacaq.

PON əsasında rabitə xidmətinin tənzimlənməsi operatora optik kabelin hər evə çatdırılması imkanını verəcək.

Hazırda müvafiq avadanlıqların quraşdırılması məqsədilə operator tərəfindən kompleksdə olan yaşayış tikililəri tədqiq olunur.

"Aztelekom"un proqnozlarına görə, yaxın vaxtlarda Abşeron telekomunikasiya qovşağının inkişaf səviyyəsi şəhər şəbəkəsinin inkişaf səviyyəsinə çatacaq. PON optik-lif xəttə genişzolaqlı multiservisli çıxış üçün daha çox perspektivli texnologiyadır.

ADSL və PON abonentləri arasında telekommunikasiya xidmətlərinin istehlakı strukturundakı əsas fərq sonuncular üçün xidmət seçiminin daha çox olmasıdır.

ADSL istifadəçisi bir xidmətdən (internet şəbəkəsinə genişzolaqlı çıxış) istifadə edirsə, PON abonentlərinə eyni anda bir neçə xidmətdən əlverişli şərtlərlə istifadə təklif olunur (telefon, televiziya və internet şəbəkəsinə çıxış).

"Aztelekom"un şəbəkəsinin əlavə kommutasiya avadanlıqları hesabına genişləndirilməsi operatora telefon xidmətləri ilə yanaşı, müasir abonent xidmətləri və əlavə rabitə xidmətlərinin əhatəsini genişləndirmə imkanı verir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL