waplog

“Ağıllı” pəncərələr üçün istilik və işığın miqdarını tənzimləyən yeni elastik material hazırlanıb


Texas Universitetinin alimləri “ağıllı” pəncərələr üçün daxil olan istilik və işığın miqdarını tənzimləməyə imkan verəcək ucuz başa gələn yeni növ elastik material hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, son üç ildə Deliya Millironun rəhbərliyi ilə universitetin mühəndislər qrupu adi şüşə kimi görünərək daxil olan istilik və işığın miqdarını tənzimləməyə imkan verəcək “ağıllı” elektroxrom materiallar üzərində çalışıb. Son nəticədə tədqiqatçılar qrupunun yeni elastik material icad etməsi məlum olub. Materialın istehsal prosesinin daha sadə və ucuz olması onu digər oxşar texnologiyalardan fərqləndirir.

Elektroxrom pəncərələr işinə görə üzərinə günəş işığı düşən zaman qaralan avtomatik günəş eynəklərinə bənzəyir. Fərq elektroxrom materialların keçiricini basmaqla işıq və istiliyin qarşısını ala bilməsindədir ki, bu da onları pəncərə, talvar və digər səthlərdə həm daxil olan işığa nəzarət, həm də otağın isidilməsi və soyudulması üçün istifadədə ideal həllə çevirir.

Əvvəllər tədqiqatçılar istehsal prosesi yüksək temperatur tələb edən materialdan istifadə ediblər. Bu, şüşə daxilində müxtəlif birləşmələr qurmağa imkan verərək yeni nanostruktur yaradıb. Proses yüksək temperatur tələb etdiyinə görə sərf edilən enerjinin miqdarına, eləcə də tam incə və elastik olmayan hazır materialın keyfiyyətinə təsir göstərib.

Hazırda tədqiqatçılar “ağıllı” materialın hazırlanması üçün aşağıtemperaturlu prosesdən istifadə etməklə daha effektiv üsul icad ediblər. Yeni metod materialın əksər faydalı xüsusiyyətlərini saxlamaqla istehsal dəyərini azaltmağa imkan verir.

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL