Ən problemli smartfonlar bəlli olub
“Blancco” texnoloji qrupunun ekspertləri ən problemli smartfonların reytinqini tərtib edib. Məlum olub ki, “iPhone” smartfonlarının dayanıqlıq göstəricisi aşağı düşüb.
“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, 2016-cı ilin birinci rübünün nəticəsinə görə, “Apple” şirkətinə məxsus smartfonların 25%-də problem qeydə alınıb. İkinci rübdə bu göstərici 58%-dək yüksəlib.
Ötən rübün nəticəsinə görə, “Android” platforması ilə işləyən smartfonların da 44%-də problem qeydə alınıb. Ancaq yeni hesabatda sözügedən platforma ilə işləyən smartfonlarda problemlərin sayı 35%-dək azalıb. Daha çox “Samsung” smartfonlarında problem qeydə alınıb, ancaq daha çox problemli model “LeEco Le1S” cihazıdır.
65% halda “iOS” mobil əməliyyat sistemi mobil proqramların kritik səhvlərinə görə imtina verib. “Wi-Fi” modulu, qulaqlıqlar və qəbuledicinin imtinası ən geniş yayılmış səbəblər kimi göstərilib.
“Android” sistemli smartfonlarda ən çox kamera və batareyanın enerji ilə doldurulması, həmçinin sensor, dinamik və mikrofona görə problemlər qeydə alınıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL