waplog

Məsafədən idarəetmə funksiyasına malik tibbi təyinatlı robotlar yaradılıb


Son bir neçə ildə insan orqanizmində müxtəlif manipulyasiyalar həyata keçirə bilən miniatür robotların yaradılması üzrə işlər aparılır. İndi insanın nəzarəti altında hərəkət edən, dərmanları çatdıran və hətta cərrahi əməliyyatlar keçirmək qabiliyyətinə malik mikrorobotlar yaradılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, isveçrəli alimlər tərəfindən yaradılmış kiçik ölçülü robot dərman preparatlarını lazımi yerə çatdırmaq, həmçinin yüksəkdəqiqlikli cərrahi əməliyyatlar aparmaq qabiliyyətinə malikdir. Bundan başqa, robotlar, həmçinin elektromaqnit sahəsinin köməyi ilə məsafədən idarəetmə funksiyasına malikdir.

Mikrorobot, hələ ki, sınaqdan keçirilir.

Alimlər bildiriblər ki, biz bir çox amilləri nəzərə almalıyıq. Ən əsası odur ki, biz əmin olmalıyıq ki, pasiyentin bədənində hər hansı əməliyyat aparan mikrorobot neqativ effekt yaratmayacaq".

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL