Bill Qeyts afrikalı fermerlərə telefonla dərs keçəcək
“GSM Association” (GSMA) Bill və Melinda Qeyts Fondu tərəfindən maliyyələşdirilən “Farmer Initiative Fund” layihəsinin icrası barədə məlumat verib. Təşəbbüs inkişaf edən ölkələrdə, ilk növbədə Afrikadakı fermerlərə kömək etməyi hədəf seçib. Belə ki, afrikalı fermerlərə mobil rabitə vasitəsi ilə məsləhət verilməsi nəzərdə tutulub.
Statistik hesablamalara görə, bütün dünyada 2,3 milyarddan çox insan gün ərzində 2 dollara yaşayır. Onların bir çoxu inkişaf edən ölkələrdəki xırda fermerlərdir. Onlar kənd təsərrüfatı biliklərinin çatışmazlığına görə öz qazancını artıra bilmirlər. Bill Qeyts və onun həyat yoldaşının rəhbərlik etdiyi fond ən azı 2 milyon Afrika fermerini hava haqqında , kənd təsərrüfatının qabaqcıl metodları, zərərvericilərlə mübarizə üsulları haqda məlumatlandırmaq niyyətindədirlər.
Qeyd etmək lazımdır ki, belə xidməti artıq bir neçə ildir ki “Nokia” şirkəti də həyata keçirir. “Life Tools”un köməyi ilə o, istifadəçiləri hava, qiymət və s. haqqında məlumatlandırır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL