waplog

Smartfon vasitəsilə səs tellerində olan problemləri müəyyən etmək mümkün olacaq


ABŞ alimlər qrupu hipotonus disfoniyanın obyektiv diaqnostikası və onun müalicəsinin effektivliyinin qiymətləndirilməsi üçün sistem hazırlayıb. Bu barədə Massaçusets Texnologiya İnstitutunun saytında bildirilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, funksional disfoniya qırtlaq nahiyəsində səs tellərinin patoloji dəyişikliklər olmadan natamam birləşməsinə görə səs funksiyasının pozulmasıdır. Funksional disfoniya növlərindən biri hipotonus disfoniyadır. Bu halda insanın səsi tez yorulması və ümumi zəifliyi ilə seçilir. Orqanik disfoniyadan fərqli olaraq belə pozulmaya ənənəvi üsullarla, məsələn, qırtlaq tomoqrafiyası və larinqoskopiya ilə diaqnoz qoymaq çətinlik törədir.

Yeni işdə alimlər hipotonus disfoniyalı insanların nitq aparatının öyrənilməsi üçün "Voice Health Monitor" sistemini icad ediblər. Əmici orqanda səs yarığının yaratdığı səs impulslarının qeydiyyatı akselerometr vasitəsilə həyata keçirilib. O, iştirakçıların boynuna bərkidilərək məlumatları smartfona ötürüb. İnformasiyanın sonrakı emalı idarəolunmayan kompüter təliminin köməyi ilə edilib. Bu, alimlərə yüksək qeyri-müəyyənlik şəraitində işləməyə imkan verib.

Tədqiqat həmmüəllifi Mərziyə Qasıminin sözlərinə görə, səs funksiyası pozulan insanlar səsdən heç də həmişə yanlış istifadə etmirlər, belə pozulmaların olmadığı insanlar isə bəzən səhvə yol verirlər. Çətinlik spesifik səs pozulmalarını müəyyənləşdirə bilən təlim alqoritmini yaratmaqdan ibarət olub.

Müəlliflər səs funksiyası pozulan və pozulmayan iştirakçıların üzərində 110 milyon səs impulsunu analiz ediblər. Qurğu hipotonus disfoniyanın əlamətlərini aşkar edib, həmçinin səs terapiyasının tətbiqi nəticəsində müsbət dinamikanı izləməyə kömək edib. İşin son nəticəsi bioloji əks-əlaqə və səsin müstəqil bərpası əsasında mobil sistemin yaradılmasından ibarətdir.

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL