waplog

İnsanın yerə yıxılmasını əvvəlcədən xəbər verəcək datçiklər sistemi hazırlanıb


Yerə yıxılma yaşlı insanlar üçün daha xüsusilə təhlükəlidir. Yaşlandıqca koordinasiyanın itirilməsi vəziyyəti ağırlaşdırır. Məhz yaşlı nəsil üçün hazırlanmış sensorlar sistemi insanları yerə yıxılma ehtimalı  ilə bağlı əvvəlcədən xəbərdar edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, gənclərdən fərqli olaraq qocalar hətta kömək çağırmaq qabiliyyətinə malik deyillər. Amma ABŞ alimlərinin ixtirası bu vəziyyəti tamamilə dəyişdirə bilər.

Missuri Universitetinin alimləri tərəfindən hazırlanmış ixtira kiçik datçik və sensorlar sistemindən ibarətdir, geyimə bərkidilir və hərəkətə mane olmur. Qurğu hərəkət sürətini, hər iki ayaq və bir ayağın addımları arasındakı məsafəni və məsafənin qət edilməsinə sərf edilən vaxtı qeydə alır. Belə ki, alimlərin araşdırmasına görə, hərəkət sürətinin saniyədə 5 sm azalması və addımlar arasındakı məsafənin azalması yerişin dəyişikliyinə və yaxın üç həftə ərzində tarazlığın itirilməsi riskinin 86% artmasından xəbər verir.

Layihənin direktoru Merilin Rans ümid edir ki, onun ixtirası yaşlı insanları travmalardan qorumağa kömək edəcək.
 
İxtira “TigerPlace” adlandırılıb. Qurğu sınaqlardan müvəffəqiyyətlə keçib və alimlər onu ABŞ-ın qocalar evlərində tətbiq etmək barədə razılıq əldə etməyə hazırlaşırlar.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL