waplog

“Samsung” şirkəti “Apple”-a qarşı Hollandiya məhkəməsinə iddia verib


“Samsung Electronics” şirkəti “Apple”-a qarşı bu dəfə Hollandiyanın Haaqa Şəhər Məhkəməsinə yeni iddia verib. Koreya şirkəti “Apple”-ı “3G” texnologiyası ilə bağlı 4 patentin pozulmasında ittiham edir.

İddia üzrə ilk dinləmələr qarşıdakı bazar ertəsi olacaq. Koreya şirkəti məhkəmədən “iPhone 3GS”, “iPhone 4” və “iPad 1 və 2”-nin satışlarına qadağa qoyulmasını tələb edir. Şirkətdən bildiriblər ki, bütün bu qurğularda “Samsung”-a məxsus olan “3G” patent hüquqları pozulur.

Sənədlərdə bildirildiyi kimi, patentlər verilənləri idarə etmə metodları və baza stansiyası ilə qurğu arasında informasiyanın ötürülməsinin sürətləri ilə bağlıdır.

“Samsung” şirkəti əvvəllər ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya və Cənubi Koreyada “Apple”-a qarşı belə iddialar verib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL