waplog

“Elektron hökumət” portalında daha bir yenilik


Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsman) "Elektron hökumət" portalı üzərindən müraciət etmək imkanı yaradılıb.

Belə ki, hər bir istifadəçi, o cümlədən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə hüquqi şəxslər təklif, ərizə və şikayətləri ilə portal üzərindən  Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsman) elektron formada müraciət göndərə biləcəklər.

Bunun üçün portalda "İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman"  təsisatı tərəfindən  təqdim edilən  "Ombudsman aparatına elektron müraciət" xidməti seçilir. Açılan pəncərədə istifadəçi qaydaları ilə tanış olub "növbəti" düyməsini seçmək lazımdır.

Açılan səhifədə istifadəçi vətəndaşlıq statusunu, məsələn, "Azərbaycan Respublikasının vətəndaşı" seçərək, şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodunu qeyd edib, "növbəti" düyməsini seçir.

Yeni səhifədə istifadəçi özü haqqında məlumatı qeyd edərək, müraciətin növünü, ilkin, yoxsa təkrar müraciət olduğunu seçir, müraciətin mətnini qeyd edib, göndər düyməsinin üzərinə vurmaqla şikayət, ərizə və təklifini Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsman) göndərmiş olur.

 

























Qeyd edək ki, xidmət qeydiyyatsız olsa da, göndərilmiş müraciətin tarixçəsinə baxmaq üçün təqdim olunan autentifikasiya vasitələrinin birindən istifadə edərək portaldan qeydiyyatdan keçmək tələb olunur. 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL