Yeni “ağıllı” qurğu işıqlandırma cihazlarını idarə edəcək
"Philips" şirkəti simsiz "Wi-Fi" şəbəkəsi vasitəsilə ayrı-ayrı çoxsaylı işıqlandırma cihazlarını idarə edəcək yeni "ağıllı" qurğu nümayiş etdirib.
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, yeni məhsul "Hue Motion Sensor" adlanır və şirkətin əvvəllər hazırladığı "Hue" lampalarının idarə edilməsinə xidmət edir. Kiçikölçülü düzbucaqlı cihaz batareya ilə işləyir ki, bu da lazımsız simlərə ehtiyacı aradan qaldırır. Qurğunu evin istənilən yerində vint və ya maqnit tutqac vasitəsilə quraşdırdıqdan sonra ötürücü "Wi-Fi" modulun köməyi ilə "Hue" seriyalı bütün işıqlandırma cihazlarına qoşula biləcək.
Mütəxəssislərin sözlərinə görə, enerjini iki AAA batareyasından alan ötürücü 2-3 il işləyəcək. Passiv infraqırmızı işıq sayəsində qurğu 5 metr məsafəyədək hərəkəti qeydə ala biləcək. Bu diapazonu sazlamaq da olar.
Xüsusi "Philips Hue" əlavəsi vasitəsilə cihazı müxtəlif işıqlandırma rejimlərinə və hərəkətlərə reaksiya üsullarına uyğun quraşdırmaq mümkün olacaq. Cihaz günün vaxtını müəyyənləşdirə bilir ki, bu da onu müvafiq işıqlandırma səviyyəsinə uyğun sazlamağa imkan verir.
Bir "Hue Motion Sensor" cihazına eyni anda 50-dək işıq və digər aksessuar qoşmaq olar. Həmçinin əlavə ayrı-ayrı işıqlandırma cihazlarının hamısı üçün müxtəlif işıqlanmanı sazlamağa imkan verir.
"Philips" nümayəndələrinin sözlərinə görə, vaxtın və işıqlandırma səviyyəsinin müəyyənləşdirilməsi funksiyası sayəsində yeni qurğunun köməyi ilə elektrik enerjisinə xeyli qənaət etmək mümkündür.
Oktyabrda satışa çıxarılacaq yeni qurğunun qiyməti 40 dollar təşkil edəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL